banner
banner

Dünya

Deputat Öcalanın həbsdən buraxılmasını tələb etdi

Deputat Öcalanın həbsdən buraxılmasını tələb etdi
Türkiyədə separatçı Xalqların Demokratiya Partiyasının (HDP) Şanlıurfadan olan millət vəkili Dilek Öcalanın Türkiyə Böyük Millət Məclisindəki (TBMM) çıxışı qalmaqala səbəb olub. ANS PRESS-in məlumatına görə, kürd əslli millət vəkili həbsdə olan terrorçu lider Abdullah Öcalanın həbsdən buraxılmasını tələb edib. 
 
“Təcili olaraq cənab Öcalanın azadlığına buraxılması üçün ciddi addımlar atılmasını tələb edirik. Biz onun ailəsi kimi onun səhhəti və təhlükəsizliyi barədə heç bir məlumata sahib deyilik. Bu təcridin və özbaşına rəftarın heç bir əxlaqi və hüquqi ölçüsü yoxdur.”
 
Terrorçu lider Abdullah Öcalanın bacısı qızı Dilək Öcalanın TBMM-də keçirdiyi mətbuat konfransında bu cür çıxışı təxribat kimi dəyərləndirilib. 
 
Abdullah Öcalan Türkiyədəki separatçı PKK (Kürd Fəhlə Partiyası) terror təşkilatının təsisçisi və lideridir. 1999-cu ildə Kenyanın paytaxtı Nayrobidə ələ keçirilən Öcalan Türkiyə təhlükəsizlik qüvvələrinə təhvil verilib və Türkiyəyə gətirilib. Türkiyə Cinayət Məcəlləsinin 125-ci maddəsinə görə vətənə xəyanətdə ittiham edilərək edam tələbi ilə mühakimə olunub. Avropa İttifaqı meyarlarına uyğun olaraq edam cəzası ömürlük həbslə əvəz olunub. Hazırda Türkiyədə İmralı adasında fərdi şəkildə həbs həyatı yaşamaqdadır. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.