banner
banner

Sosİal

İlham Mirzəyev hökmdən şikayət etdi

İlham Mirzəyev hökmdən şikayət etdi

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan teleaparıcı İlham Mirzəyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.

CİA.Az-ın APA-ya istinadla məlumatına görə, hakim Faiq Qasımovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin vəkilləri çıxış edərək ilkin baxış iclasının qərarından kassasiya şikayəti verdiklərini deyiblər. Bunun üçün də məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, ilkin baxış iclası zamanı vəkillər işə xitam verilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Bunun üçün vəkillər həmin iclasın qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Ali Məhkəmə şikayətə baxdıqdan sonra Bakı Apellyasiya Məhkəməsində proses davam etdiriləcək.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ. Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.