Bakıda və Abşeron yarımadasında oktyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində havanın tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
CİA.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, şimal-qərb küləyinin gün ərzində güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-17, günün birinci yarısında 20-23, axşama doğru 15-17 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında Oktyabrın 02-də bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Bəzi rayonlarda qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.
Xəbərdarlıq Oktyabrın 02-də bəzi rayonlarda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.