banner
banner

Sosİal

“Heydər məscidi”nə imam və axund təyin olunub

“Heydər məscidi”nə imam və axund təyin olunub

Bakıdakı “Heydər məscidi"nə imam və axund təyinatı olub. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, "Heydər məscidi" kompleksinin sədri Hacı Sabir Həsənli APA-ya açıqlamasında bildirib ki, müvəqqəti olaraq məscidə sünni təriqəti üzrə Hafiz Abbasov imam, şiə təriqəti üzrə isə Rüfət Qarayev axund təyin olunub.
QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən təyin olunan hər şəxs Bakı İslam Universitetinin məzunudur.

S. Həsənli qeyd edib ki, hər iki din xadiminə məsciddə gündəlik ibadətlərin edilməsi, moizələrin oxunması və digər işlərin müvəqqəti icrası tapşırılıb: “Hər cümə günü qılınacaq vəhdət namazlarına isə bölgələrdən qazıların cəlb olunması barədə qərar vermişik. Şeyxülislamla bu barədə söhbət apardıq və qərar verdik ki, hər cümə bir bölgədən vəhdət namazlara rəhbərlik etmək üçün bir qazı cəlb olunsun”.

Qeyd edək ki, “Heydər məscid”i Qafqazın ən böyük məscidi hesab olunur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.