Gəncə şəhərində 2 uşaq anası itkin düşüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, 2 azyaşlı uşaq anası, şəhərin N.Tusi küçəsində yaşayan Əliyeva Mətanət Təvəkkül qızı ötən il dekabrın 28-də evdən gedib və bir daha geri qayıtmayıb. İtkin düşmüş qadının boyu 1 metr 70 santimetr, orta köklükdə, saçları və gözlərinin rəngi qaradır.
Evdən gedərkən əynində qırımızı gödəkcə, göy rəngli cins şalvar və kofta, başında mavi rəngli hicab, ayağında qara ayaqqabı olub.
Mətanət Əliyevanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin (022) 256-07-73, (022) 266-33-75 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50, (050)891-88-88 nömrəli mobil telefonlara zəng edərək Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.