Orta Asiya və Latın Amerikasında ağcaqanadlar vasitəsilə yayılan zika virusu dünyada ciddi təlaş yararıb. Ana qarnında olan uşaqlarda ciddi fəsadlara səbəb olan xəstəlik bu günə qədər 21 ölkədə qeydə alınıb.Musavat.com Euronews.com saytına istinadən xəbər verir ki, xəstəlik son olaraq Salvadorda ciddi həyəcan yaradıb. Yetkililər qadınlardan hamiləlik planlarını iki ilə təxirə salmasını istəyib.
Amerika Birləşmiş Ştatları yetkililəri də hamilələrə sözügedən ölkələrə səyahət etməmələri ilə bağlı xəbərdarlıq edib. ABŞ Xəstəliyə Nəzarət və Qorunma Mərkəzindən həkim Beth Bell açıqlayıb ki, virusa yoluxan qadınların dölünə düşə biləcək infeksiyadan olduqca narahatdılar.
Zika virusu xüsusən hamilələrə yoluxanda dünyaya gələcək uşaqlarda ciddi anomaliyalara səbəb olur. Mikrosefaliya və görmə qabiliyyətinin pozğunluğu ilə yanaşı, bu virusla doğulan uşaqlarda ciddi nevroloji problemlər, əqli çatışmazlıq kimi hallar özünü göstərir. Virusun ən çox yayıldığı Braziliyada təxminən 4 min körpəyə və hələ ana bətnində olan körpəyə başının normadan kiçik olmasına görə mikrosefali diaqnozu qoyulub.
Türkiyə Səhiyyə Nazirliyi də dekabr ayında verdiyi açıqlamada bu virusun hər hansı müalicəsinin olmadığını açıqlamışdı. Aedes aegypti növü ağcaqanadlar vasitəsilə yayılan virusun əsas əlamətləri isə yüksək temperatur, baş və bədən ağrıları, dəridə qızartılardan ibarətdir. Zika virusu xəstəyə ciddi təhlükə yaratmır. Onun əsas zərbəsi hamilə qadının bətnindəki körpəyə dəyir. Yetkililərin iki il boyunca qadınlardan hamiləliyi dayandırmalarını məsləhət görməsinin səbəbi də budur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.