banner
banner

İdman

"Liverpul" qrupda qaldı

"Liverpul" qrupda qaldı

Çempionlar Liqasının qrup mərhələsində son turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, A, B, C və D qruplarının görüşləri oynanılıb.
A qrupunda “Yuventus” səfərdə “Atletiko”nun qonağı olub. Artıq Madrid klubu “pley-off”a vəsiqəni təmin edib. “Yuventus” isə 1/8 finala çıxmaq üçün ən azı “Atletiko”dan bir xal almalı idi ki, bunu dabacarıb - 0:0. Qrupun digər oyununda ”Olimpiakos” evdə “Malmö”yə 4:2 hesabı ilə qalib gəlib.

B qrupunda “Real” “Ludoqorets”i öz meydanında 4 cavabsız qolla məğlub edib - 4:0. “Liverpul” isə “Bazel”i qəbul edib. Doğma meydanda "Bazel"lə 1:1 bərabərə qalan Liverpul təmsilçisi qrup mərhələsini 3-cü pillədə başa vurub.

C qrupunda “Zenit” “Monako”nun qonağı olub. Görüş Peterburq təmsilçisinin 0:2 hesablı məğlubiyyətilə başa çatıb. “Benfika” isə evdə “Bayer” (Leverkuzen) klubu ilə 0:0 bərabərə qalıb.

Maraqla gözlənilən oyunlardan biri də İstanbulda baş tutub. Burada “Qalatasaray” “Arsenal”ı qəbul edib. Qrup mərhələsində qələbəyə həsrət qalan və autsayder olan “Cim-bom” bugünkü görüşdə təsəlli qələbəsini qazanmağa çalışsa da, bunu bacarmayıb - 1:4. Qrupun digər oyununda Dortmund “Borussiya”sı “Anderlext”i qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, dünən keçirilən 8 oyundan sonra "Atletiko" (Madrid, İspaniya), "Yuventus" (İtaliya), "Real" (Madrid, İspaniya), "Bazel" (İsveçrə), "Monako" (Fransa), "Bayer" (Leverkuzen, Almaniya), "Borussiya" (Dortmund, Almaniya) və "Arsenal" 9İngiltərə) klubları 1/8 finala yüksəliblər.

9 dekabr

A qrupu

23:45."Yuventus" (İtaliya) - "Atletiko" (İspaniya) - 0:0

23:45."Olimpiakos" (Yunanıstan) - "Malmö" (İsveç) - 4:2
Qollar: Fuster, 22 (1:0), Kron, 59 (1:1), Dominqez, 63 (2:1),Rosenberq, 81 (2:2), Mitroğlu, 89 (3:0), Affelay, 90 (4:0)
Qırmızı vərəqə: Adu, 90+3 ("Malmö")

B qrupu

23:45."Liverpul" (İngiltərə) - "Bazel" (İsveçrə) - 1:1
Qollar: Fray, 25 (0:1), Cerard, 81 (1:1)
Qırmızı vərəqə: Markoviç, 60 ("Liverpul")

23:45."Real Madrid" (İspaniya) - "Ludoqorets" (Bolqarıstan) - 4:0

Qollar: Ronaldo, 20-pen (1:0), Beyl, 38 (2:0), Arbeloa, 80 (3:0), Medran, 88 (4:0)
Qırmızı vərəqə: Marselinyo, 19 ("Ludoqorets")


C qrupu

23:45."Monako" (Fransa) - "Zenit" (Rusiya) - 2:0
Qollar: Abdennour, 63 (1:0), Fabinyo, 89 (2:0)

23:45."Benfika" (Portuqaliya) - "Bayer" (Almaniya) - 0:0
Qırmızı vərəqə: Toprak, 90+1 ("Bayer", Leverkuzen)

D qrupu

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Anderlext" (Belçika) - 1:1

Qollar: İmmobile, 58 (1:0), Mitroviç, 84 (1:1)

23:45. "Qalatasaray" (Türkiyə) - "Arsenal" (İngiltərə) - 1:4
Qollar: Podolski, 3 (0:1), Remzi, 11, 29 (0:3), Sneyder, 89 (1:3), Podolski, 90+3 (1:4)

E qrupu

23:45. "Bavariya" (Almaniya) - CSKA (Moskva, Rusiya)

23:45. "Roma" (İtaliya) - "Mançester Siti" (İngiltərə)


F qrupu

23:45. "Barselona" (İspaniya) - PSJ (Fransa)

23:45. "Ayaks" (Hollandiya) - APOEL (Kipr)


G qrupu

23:45. "Maribor" (Sloveniya) - "Şalke" (Almaniya)

23:45. "Çelsi" (İngiltərə) - "Sportinq" (Portuqaliya)

H qrupu

23:45. "Atletik" (Bilbao, İspaniya) - BATE (Belarus)

23:45. "Portu" (Portuqaliya) -"Şaxtyor" (Donetsk, Ukrayna)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.