banner
banner

Dünya

Amnesty İnternational İsraili biabır etdi

Amnesty İnternational İsraili biabır etdi

Amnesty İnternational təşkilatı İsrailin yaşayış binalarını bilərəkdən və birbaşa hədəf alaraq dağıtmaqla müharibə cinayəti törətdiyini bildirib.

ANS PRESS-in məlumatına görə, bazar ertəsi açıqlanan hesabatda Amnesty İnternational İsrail silahlı qüvvələrinin beynəlxalq qanunları pozaraq, Həmasla 50 gün davam edən müharibə zamanı mülki əhali və onların əmlakına minimum zərər verilməsi üçün lazımi tədbirlər görmədiyini bildirilir. Hesabatda Qəzzada bombardman zamanı çox sayda insanın yaralandığı, yüzlərlə insanın evini, işini və əmlakını itirdiyi qeyd edilir.

Amnesty İnternational Tel-Əvivin hesabatdakı açıqlamalarla bağlı şərh vermək üçün təşkilatın müraciətinə cavab vermədiyini bildirib. İsrail bundan öncə Həmasın hərbi əməliyyatlar keçirmək və silah saxlanması üçün mülki obyektlərdən istifadə etdiyini bildirib.

Qeyd edək ki, bu beynəlxalq təşkilatın İsraili ifrat gücdən istifadə etməkdə ittiham etdiyi ilk hal deyil. Amnesty İnternational təşkilatının noyabr ayında açıqladığı hesabatda İsrailin yaşayış binalarına indiyə qədər görünməmiş hücumularının çox sayda insanın həyatına son qoyduğu və böyük dağıntılara səbəb olduğunu bildirilmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.