Türkiyəli dietoloqların fikrincə, pəhriz zamanı bitki çayları dietanın tərkib hissələrindən biridir. Aile.lent.az türkiyəli dietoloq Aslıhan Küçük tərəfindən arıqlamaq üçün məsləhət görülən bitki çaylarının hazırlanma qaydasını təqdim edir.
İncə bədənə sahib olmaq üçün saxladığınız pəhriz və idman proqramı ilə bərabər bitki mənşəli qidalanmaya keçməyiniz bu işdə sizə daha yaxından kömək olacaq. İnsanların çoxu artıq çəkidən can qurtarmaq istəyir. Lakin gündəlik həyat tərzi, gərgin iş rejimi bəzən idman etməyə, məşqlərə getməyə imkan vermir. Buna görə də ümidi yalnız pəhriz saxlamaq və müxtəlif içkilərə gəlir.
Elmi araşdırmalar sübut edib ki, bitki çayları metabolizmanı sürətləndirdiyi üçün arıqlamağa da kömək edir. Lakin bitki çayları arıqlamaq üçün sadəcə dəstəkləyici rol oynayır. Həddən artıq kökəlməniz və arıqlamağınıza səbəb olan qidalanma formasını dəyişdirməsəniz, kifayət qədər hərəkət etmədən yalnız yağ yandıran bitki çayları ilə arıqlamaq mümkün deyil. Lakin bitki çayları çətin dövr olan pəhriz zamanı sizin üçün əlavə təsiredici vasitə rolunu oynaya bilər.
Bitki çaylarının hazırlanmasının 5 qaydası
1. Metabolizmanı sürətləndirən çay qarışığı
Tərkibi: 1 ç.q kəklikotu, bibəriyə, yaşıl çay, mate çayı, funda yarpağı.
Hazırlanması: yarım litr isti suyun içərisinə bütün bunları ataraq dəmləyirik. Sonra isə üzərində yarım litrə qədər soyuq su əlavə edirik. Qarışığa alma və limon dilimləri də əlavə edərək içmək olar.
2. İştahı bağlayan çay qarışığı
Tərkibi: 4-5 dənə gülxətmi, 3 dənə ardıc toxumu, 1 ç.q. mate yarpağı, 3 x.q. əmənkömənçi (qurudulmuş), 2 x.q. quşburnu, 1 ədəd - zəncəfil, darçın qabığı, 1 x.q. melisa, 2 x.q. sinameki, 2 x.q boymadərən (civanperçemi), 2 ç.q acıtərə toxumu, 3 x.q çökə, 3 x.q alma qurusu.
Hazırlanması: Bunların hamısını blendrdən keçirmək lazımdır. Hər səhər alınan toz qarışığından 2 xörək qaşığı 2 stəkan qaynanmış suyun içərisinə əlavə edin. 5 dəqiqə dəmləndikdən sonra ac qarına için.
3. Qazdan xilas olmaq üçün
Tərkibi: 1 x.q razyana, kəklikotu, 1 ç.q kimyon dənələri, anason.
Hazırlanması: Bütün bunları bir qaba tökərək isti suda dəmləyin. Günortadan sonra bir fincan içə bilərsiniz.
4. Qreypfrutlu arıqlama çayı
Tərkibi: 1 ç.q darçın, bal, 1 dənə qreypfrut, 2 x.q. cəfəri, razyana, 1 litr qaynanmış su.
Hazırlanması: bunları həmin qaynanmış suda 10 dəqiqə dəmlədikdən sonra içə bilərsiniz.
5. Yağ əridən enerjiverici çay
Tərkibi: 1 x.q. qırmızı çay (rooibos çayı), mate çayı, 1 ç.q. yasəmən çayı, 1 çubuq darçın, 4 top qarabibər, 1 litr su, istədiyiniz qədər portağal dilimi və nanə yarpaqları.
Hazırlanması: Bütün bunları suda qaynadın və üzərinə yavaş-yavaş qaynar su əlavə edərək ağzını örtün. Təxmini 7 dəqiqədən sonra hazır olur. Gün ərzində içə bilərsiniz.
Cia.az


