banner
banner

Dünya

Tunisdə iğtişaşlar: 1 100 nəfər saxlanılıb

Tunisdə iğtişaşlar: 1 100 nəfər saxlanılıb
Tunisdə baş verən iğtişaşlar nəticəsində 1 100 nəfər saxlanılıb.
Bu barədə ölkənin hüquq-mühafizə orqanlarından bildiriblər.
Rəsmi məlumata əsasən, son on gün ərzində ölkədə 1105 nəfər saxlanılıb. Onlardan 523-ü vandallıq və soyğunçuluqda günahlandırılır.
Ölkədə etirazlar başlanandan 114 asayiş keşikçisi xəsarət alıb, polisə məxsus 35 nəqliyyat vasitəsi sıradan çıxarılıb, 6 avtomobil yandırılıb. Həmçinin ölkədə 8 dövlət müəssisəsi və 13 mühafizə postu qarət edilib.  
Qeyd edək ki, Tunisdə kütləvi iğtişaşlar 26 yaşlı gəncin Kaserin şəhər meriyasının qarşısında özünə qəsd etməsindən sonra başlayıb. Buna səbəb onun işə qəbul növbəsindən xaric edilməsi olub. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.