Hacıqabulda bu gün səhər saatlarında palçıq vulkanı püskürməyə başlayıb.
Cia.az xəbər verir ki, bu barədə anspress-ə rayonun Uclu kənd sakini Razi Həsənov məlumat verib. Onun sözlərinə görə, səhər saat 07 radələrində Kalamandun (Axtarma) dağında püskürməyə başlayan vulkanın mərkəzində alovun hündürlüyü 60-70 metrə qədərdir: "Səhər saatlarında püskürməyə başlayan bu vulkanın mərkəzindən qalxan alov yaxınlıqdakı kəndləri işıqlandırır. Bundan əvvəl belə bir hadisə heç vaxt baş verməmişdi. Baş verən bu təbiət hadisəsi kənd sakinlərinin böyük marağına səbəb olub".
Kənd sakini hadisə barədə dərhal Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat verdiyini, qurumdan isə məsələdən xəbərdar olduqlarını bildirdiklərini deyib.
Razi Həsənov vulkandan lava çıxdığını desə də, bunun kənd üçün təhlükə törətməyəcəyini düşünür.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.