banner
banner

Sosİal

Gəncədə evləri sökürlər

Gəncədə evləri sökürlər

Gəncənin yeni salınan qəsəbələrində qanunsuz zəbt olunan ərazidə tikilən evlərin sökülməsinə başlanılıb. Buna səbəb, şəhərin baş planına uyğun olaraq infrastruktur layihələrinin icrasıdır.

CİA.Az ” Region TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Dövlət torpaq və xəritəçəkmə komitəsinin və memarlıq idarəsinin birgə apardığı araşdırmalar zamanı yeni salınan qəsəbələrdə, şəhərin baş planına və şəhərsalma qaydalarına uyğun olmayan qanunsuz tikililər aşkar edilib.

Qadağan olunan yerlərdə inşa edilən belə evlər həmin ərazilərdə yol və digər infrastruktur layihələrin həyata keçirilməsinə ciddi maneə törədir. Şəhər icra başçısının göstərişinə əsasən Gəncənin Cavadxan qəsəbəsində aşkar olunan bu kimi qanunsuz tikililərin sökülməsinə başlanılıb.

Bununla yanaşı, qəsəbədə bu günədək sənədləşdirilməyən evlərdə yaşayan vətəndaşlara da xəbərdarlıq edilib. Bildirilib ki, ən qısa müddət ərzində evlər sənədləşdirməlidir. Bunun üçün adiyyatı qurumlara lazımı şəraitin yaradılması üçün tapşırıq verilib.

Evlərin siyahıya alınması üçün ərazidə operativ qeydiyyat məntəqəsi yaradılıb.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.