Avstraliyada 12 adi təcili yardım maşınını əvəz edə bilən təcili yardım avtobusu yaradılıb.
Cia.az Azərtac-a istinadla xəbər verir ki, Adelaida ştatındakı (Avstraliya) Royyal Hospital klinikasının həkimləri dünyada ilk “təcili yardım avtobusu”nun xidmətlərindən istifadə edirlər. Bu qeyri-adi yeniliyin təqdimat mərasimində Adelaidanın yüzlərlə sakini, habelə Avstraliyanın səhiyyə naziri Cek Snellinq iştirak edib.
Uzunluğu 15 metrə yaxın olan avtobus xüsusi avadanlıqla təchiz edilib. Burada eyni vaxtda 12 pasiyentə (6 nəfər əyləşə bilən və daha 6 nəfər uzanıqlı vəziyyətdə xəstəyə) tibbi yardım göstərmək mümkündür. Avtobusun içərisində iki həkim və tibbi heyətin üçüncü üzvü – həm feldşer, həm də sürücü vəzifəsini yerinə yetirən şəxs üçün yerlər nəzərdə tutulub. Müasir tibbi texnika ilə təchiz edilmiş bu nəhəng təcili yardım maşınında defibrillyatorlar və mobil USM (ultrasəs müayinəsi) aparatları quraşdırılıb.
Bu avtobus eyni vaxtda zərər çəkmiş çoxsaylı insanlara təxirəsalınmaz tibbi yardım göstərilməsi hallarında: ağır yol-nəqliyyat hadisələri, texnogen qəzalar, o cümlədən kol-koslu və alçaq ağacların çox olduğu ərazilərdə yanğınlar zamanı tətbiq edilmək üçün nəzərdə tutulur. Avstraliyada tez-tez baş verən bu cür yanğınlar insan üçün çox təhlükəlidir.
Royyal Hospital klinikasının həkimlərinin sözlərinə görə, mühüm idman matçları, konsertlər və minlərlə tamaşaçı cəlb edə bilən digər kütləvi tədbirlər keçirilən günlərdə bu qeyr-adi avtobus stadionların və idman saraylarının yaxınlığında növbə çəkəcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.