"Monpelye" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda Frederik Hantza tapşırılıb.
O, bu vəzifədə bir müddət öncə istefaya göndərilmiş Rolan Kurbisi əvəzləyib. Hantz mövsümün sonuna qədər "Monpelye"ni çalışdıracaq. Komandanı Fransa Liqasında saxlayacağı təqdirdə onunla daha bir illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Monpelye" Fransa Liqasında geridə qalan 22 turdan sonra 22 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.