|
"Çelsi" növbəti transferini həyata keçirib. Braziliyanın "Korintians" klubunun futbolçusu Alexandre Pato mövsümün sonuna kimi icarə əsasında London təmsilçisində çıxış edəcək. Məlumatı braziliyalı hücumçunun meneceri Gilmar Veloz təsdiqləyib. Qeyd edək ki, Pato ilə "Qalatasaray"ın da maraqlandığı iddia edilirdi. Cia.az
|


