Ruhani sandığın ağzını açdı - Milyardlıq sazişlərin siyahısı
İran üzərindən sanksiyalar götürüləndən sonra dünya iqtisadiyyatına sürətli keçid edib.
Cia.az-ın məlumatlna görə, İran son 10 gün ərzində bir neçə dövlətlə milyard dollarlıq müqavilələr bağlayıb.
Həmin ölkələr və onlarla bağlanmış müqavilələri təqdim edirik:
İtaliya
İran prezidenti Həsən Ruhani dünən Vatikanda Papa Fransis ilə görüşüb.
17 il fasilədən sonra Romaya səfər edən ilk İran lideri olan Həsən Ruhani İtaliya baş naziri Matteo Renzi və iş adamları ilə görüşüb.
Ruhani İtaliya səfərində bir neçə müqavilə imzalayıb:
1. “Danieli Group”la 6, 2 milyard dollarlıq müqavilə bağlanıb.
2. İtaliya neft şirkəti “Eni”nin də olduğu “Saipem”lə saziş imzalanıb, lakin müqavilənin təfərrüatları mətbuata açıqlanmayıb.
3. “Fincantieri” İtaliya Dövlət Dəmiryolu və gəmi şirkəti ilə də müqavilələr imzalanıb.
Fransa
İran prezidenti bu gün Fransa dövlət başçısı Fransua Ollandla görüşüb. O, “Airbus”dan 100-dən çox təyyarə idxalı ilə bağlı razılaşıb.
“PSA Peugeot Citroën” və “Renault-Nissan” avtomobil şirkətləri də sanksiya dönəmində İranda itirdikləri alış-veriş bazarını yenidən qazanmaq üçün təklif ediblər.
Almaniya
Almaniyanın ən böyük 2 şirkəti İranla saziş bağlayıb. “Siemens” elektrotexnika konserni ilə 1, 6 milyard dollarlıq müqavilə imzalanıb.
“Daimler” avtomobilistehsalatı konsernindən İranla yük avtomobili istehsal etmək planları olduğu, bununla əlaqədar apreldə İranda ofis açacaqları bildirilib.
Çin
Çin prezidenti Xi Jinping-in İrana rəsmi səfəri çərçivəsində 12 ölkə arasında müxtəlif sahələrdə 17 əməkdaşlıq protokolu imzalanıb. İki ölkə lideri ticarərət əlaqələrini 600 milyard dollara çatdırmaq üçün müzakirələr aparıb.
ABŞ
ABŞ ilə İran arasında ticarət əlaqələrinin yenidən bərpası üçün danışıqlar aparılır.
Türkiyə
İranın ikinci böyük bankı olan “Bank Pasargad”dan bildirilib ki, Türkiyədə şöbə açmaq istəyirlər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.