banner
banner

Dünya

​Fransanın ədliyyə naziri istefa verib

​Fransanın ədliyyə naziri istefa verib
Fransanın ədliyyə naziri Kristina Tobira tutduğu vəzifədən istefa verib.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, o, Fransa hökumətinin ölkə konstitusiyasına dəyişikliklərlə bağlı təkliflərini qəbul etmədiyi üçün istefa verib. Həmin təklifə əsasən, Fransada fövqəladə vəziyət rejimi 3 ay uzadılacaq və terrorçuluqda ittiham olunan məhkumlar ölkə vətəndaşlığından çıxarılacaq. K.Tobira terrorla əlaqəsi olanların vətəndaşlıqdan çıxarılması təklifinə qarşı çıxıb.
Fransa parlamenti həmin təklifləri bu gün müzakirə edəcək.
O, "Twitter" səhifəsində istefasının səbəbini belə açıqlayıb: "Müqavimət göstərmək bəzən qalmaq, bəzən isə getmək deməkdir".
 
Qeyd edək ki, Kristina Tobira Fransada irqçiliyin artması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. O, yerli siyasətçiləri irqçiliyə qarşı çıxmamaqda günahlandırıb. O, özünə qarşı təhqirlərə ciddi reaksiya olmadığını da qeyd edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.