Ehtiyatda olan hərbçi həkim müdafiə nazirinə müraciət edib. Ağarza Əliyev Zahir oğlu “Yeni Müsavat”a məktubunda bildirir ki, 2007-ci ildə Dövlət Tibb Universitetininə daxil olub. Burada 2 il təhsil aldıqdan sonra Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə göndərilib.
Məktub müəllifi qeyd edib ki, 5 il hərbi hissələrdə hərbi ferdşel-həkim kimi xidmət edib: “Beş ilin 3 ilini döyüş bölgəsində cəbhə xəttində heç bir qüsurum olmadan xidmət etmişəm. 2014-cü ildə xidmətimin 5 ili tamam olduğu üçün tərxis olunmaq üçün raport yazdım. Təxris olunmağım tam qanunauyğun olsa da, gözləmədiyim halda məni xidmətə yararsız kimi ordu sıralarından tərxis elədilər.
Həm özüm, həm də xidmət yoldaşlarım təəccübləndik ki, görəsən, nə üçün mən xidmətə yararsız kimi təxris olundum? Ola bilsin yanlışlıq olub. Amma bu yanlışlıq məni çox narahat edir. Müdafiə naziri Zakir Həsənova bu barədə rəsmi müraciət göndərmişəm.
Lakin məsul şəxslər hələ də mənim nə üçün xidmətə yararsız kimi tərxis olunmağımı araşdırıb cavab vermirlər. Mən bu gün ehtiyatda olan hərbi həkim kimi nazirimiz Zakir Həsənovdan xahiş edirəm, bütün hərbçilərimizə doğma münasibət göstərdiyi kimi mənə də 5 illik qüsursuz xidmətimə görə qiymət versin.
Xahiş edirəm ki, əmək və şəxsi işimdən xidmətə yararsız 156-cı bəndin çıxarılması üçün göstəriş versin. Mən nazirimiz Zakir Həsənovun rəhbərliyi altında hər zaman ön cəbhədə xidmət etməyə hazıram və bununla qürur duyaram".
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.