33 yaşlı amerikalı aktrisa Enn Heteuey “Art Show” incəsənət festivalına qatılıb. Cia.az xarici mətbuata istinadən xəbər verir ki, 6 aylıq hamilə aktrisa gecəyə 34 yaşlı həyat yoldaşı Adam Şulmanla yollanıb. Enn gecə üçün “Marc Jacobs”dan olan mini libas seçimi edib. E.Hetuey hamiləlik müddətində daha çox bədən quruluşunu qorumağa çalışdığını deyib.
Qeyd edək ki, Enn Heteueyle Adam Şulman 2012-ci ildə ailə qurublar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.