|
"Bavariya"nın baş məşqçisi Pep Qvardiola futbolçularına yeni qadağa qoyub. Cia.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis oyunçularına istirahət günlərində başqa ölkəyə səfər etməyi qadağan edib. Yalnız Qvardiolanın icazəsi ilə futbolçular ölkə xaricinə çıxa bilər. Bununla bağlı Qvardiola oyunçularına "email" göndərib. O, bu qərarı futbolçuların oyunlara daha yaxşı köklənə bilməsi üçün verib. Cia.az
|


