2014-cü ildə qlobal smartfon bazarının həcmi təxminən 1,22 milyard qurğu təşkil edəcək, növbəti il bu rəqəm 22% artacaq, Çinin “Ʃintell” konsaltinq şirkətinin proqnozuna istinadən Tayvanın “Digi Times” nəşri yazıb.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2015-ci ildə smartfonların tədarükü təxminən 1,5 milyarda çatacaq.
Bununla əlaqədar smartfonlar üçün displey istehsalının artımı gözlənilir. Analitiklərin qiymətləndirməsinə görə, növbəti il dünyada smartfonlar üçün ümumilikdə 27,73 milyon kv panel buraxılacaq ki, bu da cari illə müqayisədə 27,3% çoxdur.
Mütəxəssislər, həmçinin qurğuların ekran ölçüsünün artımı tendensiyasına diqqət yetiriblər. “Ʃintell” şirkətinin məlumatına görə, 2011 və 2012-ci illərdə Çində smartfon ekranının orta ölçüsü 3,24 və 3,74 idisə, 2013-cü ildə 4,22 düymədək artıb və 2014-cü ildə 4,6 düym təşkil edib. Gözləntilərə görə, növbəti il smartfon ekranının orta ölçüsü 5 düymdən çox təşkil edəcək.
Mütəxəssislər bildiriblər ki, yalnız Çin Xalq Respublikasında deyil, həm də başqa inkişaf etməkdə olan bazarlarda bu trend izlənilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.