banner
banner

Sosİal

“Palmali”nin işıqları kəsilib

“Palmali”nin işıqları kəsilib
Son dövrlər yaşanan maliyyə çətinlikləri, deyəsən böyük şirkətlərdən də yan keçməyib. Maliyyə böhranı səbəbindən böyük şirkətlərin bəziləri hətta kommunal xərcləri belə ödəməyə çətinlik çəkir. 
Bu günlərdə isə Lənkəranda “Palmali” Şirkətlər Qrupuna məxsus şirkətin işıqları kəsilib.
 
Şirkətin işçilərindən verilən məlumata görə, artıq iki gündür şirkət qaranlıqda qalıb.
 
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti “Palmali” Şirkətlər Qrupuna məxsus şirkətlə yanaşı, daha 4 şirkətin işıqlarını kəsib. İşıqlar kəsilməzdən iki gün öncə isə onlara borcla bağlı xəbərdarlıq edilibmiş.
 
Görünür, borcun ödənilməməsi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətini də elektrik enerjisini dayandırmaq məcburiyyətində qoyub.
 
Məsələ ilə bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə də əlaqə saxladıq. Amma qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məzuniyyətdə olduğundan elektrik enerjisinin kəsilməsi səbəbini tam dəqiqləşdirə bilmədik. (modern.az)
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.