|
“Çelsi”nin yarımmüdafiəçisi Eden Hazar səkkiz aydan sonra ilk qolunu vurub. Cia.Az-ın xəbərinə görə, belçikalı futbolçu bu gün İngiltərə Liqa kubokunun 1/16 final mərhələsinin səfərdə “MK Dons”a 5:1 hesabı ilə qalib gəldikləri oyunda fərqlənib. O, 55-ci dəqiqədə penalti zərbəsi ilə komandasının 4-cü qolunu vurub. Bundan əvvəl Hazar son dəfə 2015-ci iln mayın 25-də, “Kristal Pelas”la oyunda fərqlənmişdi. Ümumilikdə onun qolsuz oyunların seriyası 31 matça çatmışdı. Cia.az |


