Şəkər xəstələri idman edə bilər? - HƏKİM TÖVSİYƏSİ
İdmanın sağlamlığa faydaları saymaqla bitməz. Bunu hər birimiz bilirik.
Ancaq elə xəstəliyi olan adamlar var ki, idmanla məşğul olmağa tərəddüd edir. Hansısa idman hərəkətinin xəstəliyin gedişinə mənfi təsir edəcəyindən, səhhətini pisləşdirəcəyindən ehtiyatlanır. Belə insanların sırasında şəkər xəstələri də var. Görəsən şəkər xəstələri idmanla məşğul ola bilərmi? Bu sualı endokrinoloq Nadirə Ağazadə cavablandırır.
Həkim bildirib ki, düzgün planlaşdırılmış idman proqramı bütün şəkərli xəstələrə məsləhət görülür. Bunun üçün hər bir diabetli xəstə idmana başlamamışdan qabaq idmana olan əks göstərişləri və məşgul olma qaydalarını araşdırmalıdır. Birinci növbədə qanda şəkər göstəricilərinə mütləq nəzarət olunmalıdır, cünki insulin və şəkərsalıcı tabletləri qəbul edən xəstələrdə hipoqlisemik vəziyyətlər (yəni qanda şəkərin aşağı düşməsi) yarana bilər. Bunun üçün xəstələr aşağıdakılara diqqət etməlidirlər:
- Xəstənin yanında qanda şəkəri sürətlə yüksəldən karbohidratlar (meyvə suları, şəkər, qlükoza jeleləri) olmalı
- İdmandan əvvəl insulin dozasını azaltmaq
- Şəkər qanda
- Şəkər qanda >250 mq/dl və keton varsa, idman olunmamalı
Nadirə Ağazadənin sözlərinə görə, axşam yeməyindən 1 saat sonra edilən idman həm aclıq qan şəkərinin, həm də toxluq qan şəkərinin düşməsinə təsir etdiyi üçün şəkərli xəstələrə məsləhət görülür. İdman proqramı həftədə ən azı 3 gün olmalı və aralarında 2 gündən artıq fasilə olmamalıdır: “Həftədə ən azı 150 dəqiqə olmaq şərtilə idmanla məşğul olunmalıdır. Bura sürətli yerimə, üzmə, qaçış, velisoped sürmə və digər idman növləri daxildir. Düzgün edilmiş idman proqramı xəstədə insulin dirəncini azaldar, yüksək riskli insanlarda şəkərli diabetin qarşısını almış olar”.
Endokrinoloq onu da vurğuladı ki, baş hərlənmə, ürək bulanma, ciddi hava çatışmazlığı, döş qəfəsində ağrı, sıxıntı, göynəmə hissi kimi şikayətlər olduqda idman etmək olmaz.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.