Məktəblərdə ibtidai sinif müəllimləri şagirdlərə məcbur iş dəftərləri aldırır.
Bu barədə AzNews.az-a şikayət edən valideynlərin sözlərinə görə, onlar başqa yerlərdən iş dəftərləri aldıqda, müəllimləri onu qəbul etmir, yalnız öz tövsiyə etdikləri dəftərləri almağı tələb edirlər. Təhsil nazirliyi dəfələrlə açıqlamalarında iş dəftərləri ilə bağlı məcburiyyət olmadığını desə də, bu problem nəinki aradan qalxmır, hətta bu, bir qaydaya çevrilir.
Məsələ ilə bağlı Təhsil Nazirliyi AzNews.az-ın sorğusuna cavab olaraq bildirib ki, heç bir sinifdə iş dəftərlərinin alınmasını təşviq edilmir. Lakin müəllimlər müvafiq hesab etdikləri digər əlavə tədris resursları kimi iş dəftərlərinin də alınmasını tövsiyə edə bilər. Bunların alınmasında valideynlər sərbəstdir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.