banner
banner

Şou

Xoşqədəmin əkiz uşaqları olacaq

Xoşqədəmin əkiz uşaqları olacaq
Bir müddətdir ekranlardan uzaq düşən türkiyəli müğənni Doğuş Türkiyə mətbuatına verdiyi müsahibələrindən birində ailəsi ilə bağlı maraqlı məqamları açıqlayıb.
Müsahibəsində ata olmaq sevincini xüsusi ifadə edən Doğuş həyat yoldaşı Xoşqədəm Baxışəliyeva ilə birgə əkiz övlad gözlədiklərini açıqlayıb:
 
“Əkiz oğlanlarımız olacaq. 41 yaşındayam və ata olacağımı eşidəndə ayaqlarım yerdən kəsildi sanki.  Gözlərimdən sevinc göz yaşları fışqırdı. Keçmişdə də münasibətlərim olub, ancaq Rəbbim bu evlilikdə övlad nəsib etdi”.
 
Doğuş xanımı azərbaycanlı aparıcı X.Baxışəliyevanın işi ilə bağlı Azərbaycanda, özünün isə çox  vaxt Türkiyədə olmasının onlara çətinlik yaratdığını dilə gətirib: 

“Buna görə həyat yoldaşımın Türkiyədə iş qurmasını istəyirəm. Uşaqlarım da Türkiyədə doğulmalıdır”.
 
Özünü “vətən aşiqi” adlandıran türkiyəli ifaçı buna görə uşaqlarının məhz Türkiyədə, doğma vətənində doğulmasını istədiyini açıqlayıb:
 
“Xanımım uşaqların ABŞ-da doğulmasını istəyir, amma mən də deyirəm ki, mən miliyətçiyəm və uşaqlarım Türkiyədə doğulacaq”.
 
Ata olacaq ifaçı hətta gələcəkdə təşkil edəcəyi konsertlərdən birində əkizləri ilə birgə səhnəyə çıxmaq niyyətində olduğunu da dilə gətirib: 

“Hər ikisini də çiynimə asıb, səhnədə mahnı ifa edəcəyəm”. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.