banner
banner

Sosİal

Sabiq rəislə bağlı ŞOK MƏLUMATLAR

Sabiq rəislə bağlı ŞOK MƏLUMATLAR

Göyçay Qaz İdarəsinin sabiq müdiri Murtuz Salahovun qanunsuz əməlləri ilə bağlı Aktual.az-da “Göyçay Qaz İstismar İdarəsindəki qanunsuzluqların şok təfərrüatı”, “Göyçay Qaz İstismar İdarəsi müdirinin yalanları ifşa olundu”, "400 manat, boru alveri, müqaviləsiz sayğaclardan axan qaz" başlıqlı məqalələr dərc olunduqdan sonra “Azəriqaz” İstehsalat Birliyi araşdırma apararaq onu işdən azad etdi.

Aktual.az-a Göyçaydakı mənbədən verilən məlumata görə, Göyçay polis şöbəsində qaz borularının kəsilməsi faktı ilə bağlı qaz idarəsinin işçilərindən izahat alındı, lakin məsələ qapadıldı.

Redaksiyamıza Göyçay Qaz İdarəsinin sabiq rəisi Murtuz Salahovun qanunsuz əməlləri ilə bağlı yeni qalmaqallı məlumatlar daxil olub.
Adının açıqlanmasını istəməyən mənbənin Aktual.az-a bildirdiyinə görə, 2013-cü il dekabr ayının 31-də Göyçay Rayon Polis şöbəsinin inzibati binasının arxa hissəsindən Potu kəndi istiqamətində 2200 metr uzunluğunda qaz borusu Murtuz Salahovun göstərişi və sahəyə təhkim olunan Atəş adlı qaz idarəsi əməkdaşının təşkilatçılığı və icrası ilə kəsilərək Kamaza markalı avtomaşına yüklənib və Gəncə istiqamətində yola salınıb.
Mənbənin sözlərinə görə, satıldığı iddia edilən həmin boruların rəsmi sənədlərdə yerində olduğu göstərilir və bu, aidiyyatı qurumlar tərəfindən araşdırılarsa, tam sübuta yetirilər.

Bundan əlavə, Aktual.az-a daxil olan digər bir məlumatda bildirilir ki, Göyçay Qaz İdarəsinin Atəş adlı əməkdaşı, təxminən, 2010-cu ildə rayonun Potu kəndinin sakinlərindən yığılan qaz pullarını Murtuz Salahovla birgə öz aralarında bölərək mənimsəyiblər. Bunun da nəticəsində hazırda adıçəkilən kənddə vətəndaşların hesabında 500 AZN-ə yaxın debütor borclar yaranıb. Məlumatda qeyd edilir ki, sakinlər dəfələrlə idarəyə şikayət etsələr də, nəticəsi olmayıb. Sakinlər isə pozulan hüquqlarını bərpa etmək üçün Bakıya gələrək Azəriqaz İB-nin qarşısında aksiya keçirməyi planlaşdırırlar. Mənbəmiz iddia edir ki, Murtuz Salahov Atəş adlı əməkdaşını bu əməllərindən sonra mükafatlandıraraq onun sahə rəisi təyin edilməsinə nail olub.
Yazıda adları çəkilən şəxslərin də mövqelərini dərc etməyə hazırıq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.