banner
banner

Gündəm

“Zahid Orucun halına acıyıram...” - Çingiz Abdullayev

“Zahid Orucun halına acıyıram...” -

Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin rəhbərlik etdiyi Pen-Klubun mətbuat xidməti millət vəkili Zahid Orucun fikirlərinə münasibət bildirib.

Cia.az-ın məlumatına görə, Pen-Klubun mətbuat xidmətindən 525.az-a bildirilib ki, Çingiz Abdullayev 4 deyil, 18 vəzifədə işləyir ki, bunlardan 4-ü beynəlxalq xarakterlidir:

“Lakin vəzifələrinin 18-i də ictimai vəzifədir, heç biri dövlət qulluğu deyil. O, məmur deyil, vəzifələri seçkilidir və vəzifə maaşı ödənilmir.

Çingiz Abdullayevin vəzifədən azad olunması üçün yeni seçkilər keçirilməli və onu özü qədər nüfuzlu insan əvəz etməlidir. Onun tutduğu vəzifələri boşaltması qənaətlə nəticələnməyəcək. Yalnız Yazıçılar Birliyi bu mənada istisnadır. Oradan aldığı maaşını isə əməkdaşlara verir.

Bütün jurnalistlərin nəzərinə çatdırılır ki, rəhbərlik etdiyi təşkilatların heç birində ona xidməti avtomaşın ayrılmayıb. Seçkili ictimai vəzifə ilə dövlət qulluğunun fərqini bilməyən millət vəkilinin isə halına acıyırıq”.

Qeyd edək ki, Zahid Oruc bir neçə gün əvvəl Milli Məclisin iclasında Ç. Abdullayevin tutduğu vəzifələrdən getməsini təklif edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.