Aktyor Leonardo Di Kaprio dünyanın ən məşhur sənət sərgisi olan "Art Basel"in partisində səhərə kimi əylənib. Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, aktyor şounun keçirildiyi məkandan, təəcüblü olsa da, 20 qadınla bir yerdə ayrılıb. Di Kaprionun bir müddətdir birgə olduğu sevgilisi model Toni Qarn isə gecədə iştirak etməyib.
ABŞ mətbuatı yazır ki, uzun müddətdir dəbə görə saqqal saxlayan aktyor dostları ilə bir yerdə özünə ayırdığı VİP otaqda əylənib. Aktyorun yaxınlarının dediyinə görə, medianın kluba gəldiyini eşidən Leo 20 modellə bir yerdə partidən ayrılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.