banner
banner

Sosİal

“İdmana sevgisi ölümünə səbəb oldu...”

“İdmana sevgisi ölümünə səbəb oldu...”

Xəbər verdiyimiz kimi ötən gün, “Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin baş direktoru Cem Becel vəfat edib. Onun Bakıda yerləşən ticarət mərkəzlərinin birinin idman zalında məşq edərkən vəziyyətinin pisləşdiyi və infarktdan öldüyü bildirilir.

Azərbaycanda biznes sahəsində tanınan Cem Becel kim olub?

Cia.az xəbər verir ki, Türkiyə Sənaye və İş Adamları Birliyinin (TUSİAB) İdarə Heyətinin baş katibi Muhsin Sarıhan azvision.az-a C. Becelle bağlı xatirələrini bölüşüb.

“Cem bəy 2014-ci ildən Bakıda “Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin baş direktoru vəzifəsində çalışırdı. Həmin vaxtdan etibarən TÜSİAB-ın üzvü idi.

Çox səmimi insan idi. İş həyatına çox gənc yaşlarında başlayıb. 21 yaşında böyük iş sahibi idi. Cem Becel 20 illik karyerasında çox böyük uğurlara imza atıb”.

M.Sarıhanın sözlərinə görə, 21 yaşından “Coca-Cola” şirkətində işləyən C.Becel bir çox ölkələrdə uğurlu işlər görüb.

“O, Azərbaycanı öz vətəni kimi sevirdi. Cem bəy Azərbaycanda gənclərin savadlı yetişməsi üçün bir çox layihələrə imza atıb. Gələcəyə dair yeni planları var idi. O, işçilərinin professional olması üçün əlindən gələni edirdi. Böyük vəzifə sahibi olsa da, adi işçilərdən fərqlənmirdi. Onun vəfat etməsi hamını şoka salıb. İşçiləri onun ölümü ilə barışa bilmirlər”.

M.Sarıhan qeyd edib ki, basketbol Cem Becelin sevimli idman növü olub: “Basketbol onun həyatının bir hissəsi idi. O, Bakıda tez-tez idman salonlarında basketbol oynayırdı. İdmana olan sevgisi onun ölümünə səbəb oldu”.

Qeyd edək ki, C.Becelin cənazəsi bu gün səhər saatlarında Türkiyəyə yola salınıb.

“İdmana sevgisi ölümünə səbəb oldu...”
“İdmana sevgisi ölümünə səbəb oldu...”

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.