Aktrisa Gülşən Hüseynli Türkiyənin tanınmış müğənnisi Nihat Doğanla bir araya gəlib. Axşam.az-a açıqlama verən aktrisa sənətçiylə işbirliyinə başladıqlarını bildirib:
“Nihat bəy uzun müddətdir Bakıya gəlməyi planlaşdırsa da, işlərinin çoxluğundan bu mümkün olmurdu. Görüşümüzün səbəbi film çəkilişi ilə bağlıdır. Ssenari müəllifi Nihat bəyin özüdür. Çəkiliş Türkiyədə baş tutacaq və baş rolları Nihat Doğanla mən paylaşacam. Ekran işində bir çox tanınmış türkiyəli aktyorlar da yer alacaq”. G.Hüseynlinin sözlərinə görə, çəkilişlər yay aylarında start götürəcək: “Nihat Doğan Türkiyədə serial və filmdə rol almış müğənnidir. Uzun fasilədən sonra yeni bir işlə tamaşaçılar qarşısına çıxmaq istəyir. Mənə filmdə çəkilməyi təklif edincə çox məmnun oldum. Həmişə Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməyi arzulamışam. Çox maraqlı film olacaq. Bu iş üzərində böyük komanda çalışır. Ssenari tam hazır olduqdan sonra yenidən görüşəcəyik”.
Aktrisa N.Doğanın klipində də çəkiləcəyini bildirib: “Mənə yeni çəkiləcək klipində də rol almağı təklif etdi. Klip çəkilişləri albom hazırlığından sonra baş tutacaq. O, bugünkü görüşümüzdə hamıya qucaq dolusu salam söyləməyimi istədi və Azərbaycanı çox sevdiyini dedi”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.