İngiltərəli siyasətçi, vəkil Simon Dançukun həyat yoldaşı bir müddətdir sosial şəbəkələrdə paylaşdığı selfiləriylə gündəmə gəlib. Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, sinə dekoltesiynən paylaşdığı fotoqraflara görə müzakirə olunan Karen indi də onları eBay vasitəsilə satışa çıxarıb. Parlamentin üzvü olan Simon ailəsinə qarşı olan tənqidləri vecinə almır. Həyat yoldaşı Karen də bu məsələdə çox rahat olduğunu bildirib:
"Hesab edirəm ki, məndə yaxşı ticarət ağlı var, bu işin tutarlı olacağına inanıram. Əslində əvvəlcə geyimlərimi satmaq istəmişdim, ancaq imzalı fotolarımı istəyən o qədər istək mesajları aldım ki, nəhayət onları da satmaq qərarına gəldim". Gənc qadın ilk 24 saatda 400-dən çox foto satıldığını bildirib:
"Bütün fotolarımı bir bir imzalayıb, üstünə istifadə etdiyim parfümdən vurub sifariş edənlərə yollayıram". Vəkil Simon Dançuk da "həyat yoldaşının ağlı və gözəlliyi ilə qürur duyuram" deyərək münasibətini bildirib.
Mühafizəkarlar Partiyasından olan Luis Menş isə onları "Parlamentin üz qarası" adlandırır. Onun fikrincə, Karen Dançukun bu hərəkətləri siyasəti ucuzlaşdırır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.