banner
banner

Sosİal

Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı təsdiq edilib

Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı təsdiq edilib
Nazirlər Kabineti “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nı  təsdiq edib. 
APA-nın məlumatına görə, qərarda qeyd edilir ki, indiyə qədər həyata keçirilmiş tədbirlər nəticəsində 2011-ci illə müqayisədə dispanser qeydiyyatında olan vərəmli xəstələrin sayı 11 mindən 9,5 minə qədər azalıb, bu xəstəlikdən ölüm halları hər 100 min nəfərə 4,2-dən 3,9-a enib. 
Eyni zamanda  vərəm xəstəliyi ilə mübarizə tədbirlərinin daha da təkmilləşdirilməsinə, xəstəlik hallarının erkən aşkar edilməsi, müalicəsi və profilaktikası məqsədi ilə tibb müəssisələrinin potensialının gücləndirilməsinə, bu sahədə çalışan kadrların hazırlıq səviyyəsinin artırılmasına və əhali arasında  maarifləndirmə işlərinin genişləndirilməsinə   ehtiyac var. Tədbirlər Proqramının məqsədi Azərbaycan Respublika-sında vərəm xəstəliyinin yayılma səviyyəsinin aşağı salınması və bu xəstəliklə bağlı əlilliyin və ölüm hallarının azaldılmasından ibarətdir. Tədbirlər Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsini, monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.  Tədbirlər Proqramına əsasən 2016-2020-ci illərdə Səhiyyə Nazirliyi vərəm xəstəliyinin profilaktikası məqsədi ilə uşaqların peyvənd təqviminə uyğun  peyvəndlə əhatə edilməsini, vərəmin erkən diaqnostikası məqsədi ilə tibb müəssisələrinin  spesifik sınaq vasitələri və vərəm  əleyhinə tibb müəssisələrinin dərman preparatları  ilə davamlı təminatı təmin etməlidir. Eyni zamanda Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi isə mütəmadi olaraq bəlğəm nümunələrinin Mərkəzi Referens Laboratoriyasına və Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə müəssisəsinin bakterioloji laboratoriyasına mərkəzləşdirilmiş qaydada  daşınmasının təşkilini həyata keçirməlidir. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.