“ASAN xidmət”in səyyar xidməti Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar işlərin səmərəli təşkili üçün Hacıqabul rayonunda işlərə başlayıb.
Yevlax və Goranboy rayonlarında isə işlər davam edir.
Bu barədə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov deyib. O, qeyd edib ki, Prezident İlham Əliyevin 2014-cü il 10 sentyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar bu boru kəməri keçəcək ərazilərdə müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair hüquqların əldə edilməsi prosesinin daha səmərəli həyata keçirilməsi üçün bəzi xidmətlərin mobil “ASAN xidmət” nəqliyyat vasitələri ilə səyyar formada göstərilməsinin təşkil edilməsi tapşırılıb.
Sentyabrın 20-dən Fərmandan irəli gələn məsələlərin icrasına başlanılıb. Həmin gündən bu günədək artıq 7 rayonda işlər yekunlaşıb. Gələcəkdə 4 rayonda - Samux, Şəmkir, Tovuz və Ağstafada bu layihə ilə əlaqədar işlər həyata keçiriləcək.//AzərTac
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.