Aktrisa Rouz Birn ana olub. Aktyor Bobbi Kannavale ilə münasibətdə olan aktrisanın oğlu dünyaya gəlib. Bu haqda qatıldığı televiziya şoularından birində Bobbi məlumat verib. O, Rouzla oğlunun səhhətinin yaxşı olduğunu deyib. Uşağa Rokko adı qoyulub. Xatırladaq ki, Rouz Birnlə Bobbi Kannavale 2012-ci ildən görüşürlər. Ötən ilin oktyabrında məlum olub ki, cütlük uşaq gözləyir. Bobbinin ilk nikahından Ceyk adlı bir oğlu da var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.