banner
banner

Sağlamlıq

Şam ağacı insultu müalicə edir

Şam ağacı insultu müalicə edir
Təzə şam ağacı qozaları qədim zamanlardan sinqa (diş əti xəstəliyi), vərəm, bronxit, soyuqdəymə, oynaqlar xəstəlikləri zamanı geniş istifadə olunub.
 
Saglamolun.az bildirir ki, soyuqdəymə, bronxit, vəzərəm zamanı təzə şam qozaları dəmlənilir və içilir. Oynaqlar xəstəlikləri zamanı dəmləmə həm içilir, həm də islatmalar şəklində istifadə olunur - dəmləmədə pambıq parça isladılır və xəstə oynağın üzərinə qoyulur.
Şam qozası fitonsid maddələrlə olduqca zəngindir. Bu maddələr orqanizmə güclü iltihab və mikrobəleyhinə təsir edir, immun sistemini gücləndirir.
 
Bundan əlavə şam ağacının qozalarında çox nadir və qiymətli “tanin” maddələri var. Bu maddələr insult zamanı beyin hüceyrələrinin ölməsini xeyli ləngidir.
 
Amerika alimləri siçanlar üzərində eksperimentlər aparıblar. Eksperimentlər zamanı məlum olub ki, şam ağacı qozasının tərkibində olan tanin maddələrini qəbul edən siçanlarda bu maddələri qəbul etməyən siçanlarla müqayisədə insultdan sonra beyin hüceyrələrinin xeyli hissəsi salamat qalıb.
 
Şam ağacı qozasından dəmləmə hazırlamaq üçün 5 təzə qoza götürülür, yaxşı yuyulur, doğranılır, üzərinə 1/2 l qaynar su əlavə olunur, vam odda 5 dəqiqə ərzində qızdırılır. Dəmləməni soyudun və gün ərzində 2 dəfə stəkanın 1/4 hissəsi olmaqla qəbul edin.
Belə dəmləməni insultdan sonra və insultun profilaktikası məqsədi ilə, bronxit, soyuqdəymə zamanı qəbul etmək olar.
 
Bəzi xəstəliklər zamanı bu dəmləmənin qəbulu əks-göstəriş sayılır. Ona görə də öncə həkimlə məsləhətləşin.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.