Müğənni Mahsun Kırmızıgül bir ildir ki, sevgili olduğu Ece adlı jurnalistlə evlilik tarixini bir az da tezləşdirib. Cia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yayda planlaşdırılan toy fevralın 13-də ABŞ-da baş tutacaq. Los-Ancelesdə təşkil olunacaq mərasimə ulduz cütlük Kənan Doğulu və Beren Saat da daxil olduğu 30 nəfər dəvət edilib.
Mahsun və sevgilisi açıq səma altında keçiriləcək toydan bir gün əvvəl ABŞ-a gedəcək. Onlar qonaqlarından toyun gizliliyinə riayət etmələrini xahiş ediblər. Müğənninin 5 min dollarlıq üzüklə evlənmə təklif etdiyi sevgilisi ilə toyu haqda Mahsun "xəyalımdakı toyu xəyalımdakı qadınla edirəm" deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.