Aktrisa Serenay Sarıkaya sevgilisi, aktyor Kerem Bürsini anasıyla tanış edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir neçə gün əvvəl Ümran Seyhan qızını görmək üçün Kerem və Serenaya baş çəkib. Los-Anceles küçələrində gəzən ana-qızın fotolarnı Kerem çəkib.
Sarıkaya fotoları "illər öncə imkansız görünən bir xəyalın gerçəkləşməsinə sübut olsun deyə paylaşıram" qeydiylə paylaşıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.