Şimal-qərbi Afrikada Ebola virusunun yayılması və Yaxın Şərqdə münaqişələr bu il Məkkədə Həcc ziyarətinə öz təsirini göstərə bilər. Yaxın Şərqdə İŞİD təhlükəsi gündəmdə olsa da, Məkkədə olan zəvvarlar burada təhlükəsizlikdə olduqlarına inanırlar.
«İŞİD» qorxaqlar dəstəsidir, onlar sadəcə İslamdan öz xeyirləri üçün istifadə edirlər. İnşallah, Allahın köməyilə biz burada təhlükəsizlikdəyik və hər şey yaxşı olacaq. Əgər nəsə baş verməlidirsə, hər yerdə baş verə bilər. Burada olmasa, dünyanın istənilən nöqtəsində ola bilər. Tanrı bizi qoruyacaq.» - deyə, amerikalı zəvvarlardan biri belə eyib.
Digər bir təhlükə olan Ebola virusunun qarşısını almaq üçün isə Səudiyyə Ərəbistanı hökuməti bu il Ebola virusunun yayıldığı Syerra-Leone, Liberiya və Qvineya kimi Afrika ölkələrindən zəvvarlara viza verməyib. Kəbə ətrafında dövr edən izdiham arasında zəvvarlar özləri sağlamlıq tədbirləri görür və qoruyucu maskalar taxırlar.
Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi də virusun yayılmaması üçün tədbirlər görür. Əl-Nur xəstəxanasının həkimi Manal Mərsurun sözlərinə görə, bu günədək Səudiyyə Ərəbistanı Krallığında bir dənə də Ebola virusuna yoluxma halı qeydə alınmayıb.//Anspress
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.