“Kəfənli aksiyaçılar” Mədət Quliyevlə də görüşdülər
Ötən həftə Baş Prokurorluğun qarşısında"kəfənli" aksiya keçirən narazı vətəndaşlar fevralın 8-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) qarşısına toplaşıblar.
Cia.az azadliq.org-a istinadən xəbər verir ki, DTX-nin rəisi Mədət Quliyevlə görüşmək istəyən şikayətçilər bu məqsədlə səhər saat 8-dən gözlədiklərini, nəhayət, axşam saat 18.00 radələrində Mədət Quliyevin onları qəbul etdiyini deyirlər. Bu barədə görüşdə iştirak edən vətəndaşlar deyiblər ki, təxminən üç saat davam edən görüşdə vətəndaşların hər biri onları narahat edən problemi diqqətə çatdırıblar.
Eyni zamanda, məmur özbaşınalığı, qanunların pozulması ilə bağlı şikayətlərə müvafiq qurumların, vəzifəli şəxslərin laqeyd münasibətindən gileyləniblər. Mədət Quliyev də öz növbəsində qaldırılan hər bir problemin araşdırılacağını bildirib.
İndiyədək həmin şikayətçilər Baş Prokurorluq, Prezident Administrasiya qarşısında etirazlar keçiriblər. Baş Prokurorluq isə ötən həftə həmin yaydığı açıqlamada həmin işlərin ya məhkəmə icraatında olduğunu, ya da araşdırma aparıldığını bildirirdi.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.