Geyimini və davranışını dəyişəcək - sevgilisinə görə
Son illər həm səhnədə, həm də şəxsi həyatında etdikləri ilə hər kəsi heyrətləndirən müğənni Mayli Sayrus yenə də gözlənilməz qərar verib. 2013-cü ildə ayrıldığı nişanlısı Kris Hemsvortla bu yaxınlarda yenidən nişanlanan qalmaqallı ifaçı bundan sonra özünü ağır aparacaq. Hər zaman ifrat açıq, bəzən də ikrah doğuran geyimləri və anlaşılmaz hərəkətləri ilə gündəmə gələn Mayli sevgilisinə qovuşduqdan sonra həm geyimini, həm də həyatını qaydasına qoymağa qərar verib. Qeyd edək ki, gənc cütlük Maylinin davranışlarına görə ayrılmışdı. Sayrus bu ayrılıqdan sonra səhnədə göz yaşı tökmüşdü.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.