Səbail rayon rəhbərliyi, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin və KİV nümayəndələrinin, çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında Heydər Əliyevin xatirəsinə hərs olunmuş təntənəli anım mərasimi keçirilib.
“Qafqazinfo” ya daxil olan məlumata görə, anım mərasimində Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib. Natiq qeyd edib ki, Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev dövrümüzün ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir. O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlib.
Məhz Heydər Əliyev müasir müstəqil Azərbaycanın arxitekturasını yaratmış, milli dövlətçiliyimizin ideya təməlini qoyub.
Sonra tədbirin bədii hissəsində Azərbaycan Televiziyası və Radiosunun “Niyazi” adına simfonik orkestri və Cahangir Cahangirov adına xor, xalq artistləri Ramiz Quliyev və Murad Hüseynov, əməkdar artistlər Aygün Bəylər və Azərin, tanınmış ifaçilar Ramin Qasımov, Samir Səfərov, Mədinə Şahgəldiyeva, balaban ifaçıları Fariz Əliyev, Həsən Ağayev və başqaları çıxış ediblər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.