Fransa millisi və "Arsenal"ın sabiq futbolçusu Tyeri Anrinin yeni iş yeri bəlli olub. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, veteran futbolçu "Arsenal”da çalışacaq.
O, London klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, 38 yaşlı Anri "Arsenal”dan başqa "Monako”, "Yuventus”, "Barselona” və "Nyu York Red Bulls” kimi komandalarda da çıxış edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.