banner
banner

Dünya

Terrorçular polisə atəş açdı, ölən və yaralanan var

Terrorçular polisə atəş açdı, ölən və yaralanan var
Türkiyənin Şırnak vilayətində reyd keçirən polis avtomobili PKK terrorçularının hücumuna məruz qalıb. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hücum nəticəsində polislərdən ölən və yaralananlar olub. 
PKK terrorçuları şəhərin “Cümhuriyyət” meydanında reyd keçirən Terrorla Mübarizə şöbəsinə aid zirehli polis avtomobilinə qumbaraatandan atəş açıb. Atəş nəticəsində zirehli maşında olan iki polis əməkdaşı müxtəlif xəsarətlər alıb. 
Hadisə yerinə dərhal təcili yardım briqadası cəlb olunub. Yaralı polislərdən biri xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Şırnak dövlət xəstəxanasına çatdırılan digər polisin müalicəsi isə davam edir. 
 
Hadisəni törədən terrorçuların ələ keçirilməsi üçün bölgədə əməliyyatlar başlayıb. 
Bir neçə gün əvvəl Türkiyə Silahlı Qüvvələri (TSK) Şırnak vilayətinin Cizre rayonunda PKK terrorçularına qarşı irimiqyaslı əməliyyat keçirmişdi. Həmin əməliyyatda qruplaşmanın dağ heyətindəki yüksək çinli idarəçilərdən “Mamo” və “Rozan”ın da olduğu 60 terrorçu məhv edilmişdi. 
 
Rəcəb Tayyib Ərdoğan rəhbərliyindəki AKP hökumətinin bir neçə il əvvəl “sülh prosesi” çərçivəsində elan etdiyi atəşkəs ötən ilin iyul ayında pozulub. Bundan sonra Türkiyənin yüzlərlə polisi və hərbçisi terror hadisələri nəticəsində şəhid olub, minlərlə terrorçu isə məhv edilib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.