banner
banner

Dünya

Sergey Lavrov 12 ilin 178 gününü təyyarədə keçirib

Sergey Lavrov 12 ilin 178 gününü təyyarədə keçirib
Rusiyanın "Kommersant" nəşri 10 fevral tarixində ölkədə qeyd olunan Diplomatiya günü münasibəti ilə yerli xarici siyasət idarəsindən xarici işlər naziri Sergey Lavrovun tutduğu vəzifə dövründə uçuşlarının müddəti barədə məlumat əldə edib.
Məlum olub ki, XİN rəhbəri 2004-cü ildən təyyarələrin göyərtəsində təqribən 4284 saat (bu 178,5 gün edir) keçirib və bu müddət ərzində 3 milyon 358 min 363 kilometr qət edib ki, bu da Yer kürəsi ətrafında 83 dəfə dövrə vurmağa bərabərdir.
Sergey Lavrov təkcə ötən il Azərbaycan da daxil olmaqla 28 ölkədə səfərdə olub. Bununla belə, o, bu ölkələrin bəzilərini bir neçə dəfə ziyarət edib. Xüsusilə də söhbət İranın nüvə proqramı üzrə beynəlxalq danışıqların aparıldığı Avstriyadan gedir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.