ABŞ prezidentliyinə namizəd: “Merkel faciəvi səhvə yol verib”
ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp bəyan edib ki, ölkəsinə minlərlə qaçqını buraxmış Almaniya kansleri Angela Merkel faciəvi səhv edib.
Virtualaz.org saytı “Reuters” agentliyinə istinadən bildirir ki, ötən gecə Nyu-Hempşirdəki praymerizdə qalib gəlmiş Donald Tramp Fransada dərc olunan “Valeurs Actuelles” jurnalına müsahibəsində deyib:
“Düşünürəm ki, Angela Merkel miqrantlarla bağlı faciəvi səhvə yol verib. Əgər siz vəziyyətə savadlı və qərarlı yanaşma nümayiş etdirməsəniz, bu, Avropanın sonu olacaq. Siz real inqilab təhlükəsi ilə üzləşə bilərsiniz”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.