banner
banner

Gündəm

Nazir Aygünlə İlhaməyə xəbərdarlıq etdi

Nazir Aygünlə İlhaməyə xəbərdarlıq etdi

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın xalq artistləri arasında yaranan qalmaqala münasibət bildirib.

Cia.az-ın report-a istinadən xəbərinə görə, nazir bildirib ki, xalq artistlərinin yazışmaları, bir-birilərinin ünvanlarına söylədikləri fikirlər mənasızdır:

"İnsanlar etik normalara riayət etməlidirlər. Xalq artisti, fəhlə, sıravi bir vətəndaş olmasından asılı olmayaraq insanlar bir-birlərinə münasibətdə etik normaları gözləməlidirlər".

O deyib ki, cəmiyyətin öz daxili mədəniyyəti olmalıdır:

"Əfsuslar olsun ki, bəzən mədəniyyət dedikdə sərgi, konsert təsəvvür olunur, ancaq mədəniyyət adamları cəmiyyətinin yaşam tərzini müəyyənləşdirən, diktə edən insanlardır. Hər bir xalq artisti öz hərəkəti, davranışı haqqında ciddi düşünməlidir. Təəssüf ki, bəzi şou-biznes nümayəndələri belə hallara yol verirlər. Təbii ki, bu dünya şou-biznesdə də olur. Həmin sənət adamları bunu çox zaman sensasiya, gündəmdə qalmaq xətrinə edirlər. Əgər bu belədirsə, bu işlərin də müəyyən bir normada aparılması lazımdır".

Ə.Qarayev qeyd edib ki, sənət adamlarının bu hərəkətləri xalqın qarşısında özlərini məyus etməkdən başqa bir şey deyil.

Xatırladaq ki, son günlər xalq artistləri İlhamə Quliyeva, Aygün Kazımova, Flora Kərimova, Nazpəri Dostəliyeva, əməkdar artist Elza Seyidcahan arasında qalmaqal yaranıb. Onlar bir-birlərini müxtəlif məsələlərdə, o cümlədən cinayət xarakterli hərəkətlərə yol verməkdə ittiham edirlər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.