"Azərbaycanda keyfiyyət infrastrukturunun inkişafını təmin edən qanunvericilik bazası təkmilləşdirilib, maddi-texniki baza - etalon və sınaq laboratoriyaları yaradılıb".
Bunu bu gün jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbəri Arif Əşrəfov deyib.
A.Əşrəfov yoxlamaların dayandırılmasından da danışıb və bildirib ki, ölkə başçısının göstərişindən sonra yoxlamalar dayandırılıb: "Ölkə başçısının sərəncamından dərhal sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də ilk növbədə İqtisadiyyat Nazirliyi ilə birgə qərar verdi və yoxlamaları dayandırdı. Amma biz monitorinqlər keçiririk, vizual qaydada müşahidə edirik və hər hansı nöqsan olarsa, tövsiyələr veriirik".
Aparat rəhbərinin sözlərinə görə, qurumda 70 yeni iş yeri açılacaq. Bu iş yerləri dövlət büdcəsindən maliyyələləşən yox, təsərrüfat hesablı iş yerləridir: "Bunlardan 40-a yaxını rayonlarda, 30-u isə paytaxtda olacaq. İşə qəbulda əsas tələb şəxslərin həmin sahələr üzrə mütəxəssis olmasıdır. Çünki bu, ölçmə vasitələrinin yoxlanması sahəsində olacaq. İşləmək istəyənlər attestasiyadan keçiriləcək və reyionlardakı iş yerlərində 300 manat maaş veriləcək. Mərkəzdə ola bilsin ki, nisbətən çox olacaq".
Arif Əşrəfov əlavə edib ki, sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarkar komitədə akkreditasiyadan keçəcək və bundan sonra həmin fəaliyyətlə məşğul olacaqlar: "Bu sahədə müvafiq bazaya malik olan hüquqi və ya fiziki şəxs sertifikaflaşdırma fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirə bilər. Biz də bu sahədəki qanunvriciliyə uyğun olaraq, daxili qaydalarını, prosedudlarını, maddi- texniki bazasını qiymətləndirib, onu akrreditasiyadan keçirəcəyik”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.