Özbəkistan prezidenti İslam Kərimov televiziyada yayımlanan çıxışında homoseksuallıq haqqında alçaldıcı tərzdə danışıb.
Cia.az-ın azadlıq.org-a istinadən məlumatına görə, o deyib ki, eynicinsli münasibətlərdə olan kişilər və qadınlarda "hər halda nəsə çatışmır".
Homoseksuallıq hərəkətlərinə görə üç ilə qədər həbs cəzasının nəzərdə tutulduğu ölkənin prezidenti eynicinslilərin intim münasibətlərini Qərb mədəniyyətinin "vulqar" təzahürü adlandırıb.
"Biz... Qərb mədəniyyətindən danışırıq. Biz onu vulqar mədəniyyət adlandırırıq. Siz bilirsiniz mən nəyi nəzərdə tuturam. Bu barədə qadınların yanında danışmaq da uyğun deyil. Düşünürəm ki, kişilər kişilərlə, qadınlar qadınlarla yaşayırsa deməli, nəsə düzgün deyil,". Kərimov başını göstərib və əlavə edib ki, "Burada nəsə çatışmır. Bir məsəl var: Allah bir adamın abırsızlığını ortaya qoymaq istəyəndə əvvəl onun ağlını alır."
Qeyd edək ki, Özbəkistan homoseksuallığın qeyri-qanuni sayıldığı yeganə keçmiş sovet respublikasıdır. Hərçənd cinsi azlıqların nümayəndələrini təcrid etmək cəhdləri digər keçmiş sovet respublikalarında da edilib və ya edilməkdədir.
2013-cü ildə Rusiya prezidenti Vladimir Putin "uşaqlar arasında qeyri-ənənəvi cinsi münasibətlərin təbliğini" qadağan edən qanun imzalayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.