Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ölkənin Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsaka məktub yollayaraq, mühafizədən imtina etdiyini bildirib.
Cia.az modern.az-a istinadən xəbər verir ki, Mixail Saakaşvili bu barədə «Facebook» sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb. İndiyə kimi onun təhlükəsizliyini «Alfa» xüsusi dəstəsinin əməkdaşları qoruyurdular.
«Mən heç kimdən və heç nədən qorxmuram və bundan sonra Odessada və bütün ölkə ərazisində mühafizəçilər olmadan hərəkət edəcəyəm», - Saakaşvili belə yazıb.
Qubernator qeyd edib ki, bu addımı «son hadisələrə, bəyanatlara, həmçinin əlində olan informasiyaya əsaslanaraq» atmaq qərarına gəlib. O, söhbətin konkret olaraq nədən getdiyini açıqlamayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.